Yeni iliniz mübarək! 2018Salam, əziz dostlar. Artıq 2017-ci il tarixə qovuşmaqdadır. Şükürlər olsun Uca Allaha ki, bu ili də uğurla başa vurduq. Yeni ilin gəlişi münasibəti ilə hamınızı təbrik edirik. Arzu edirik ki, 2018-ci ili xoşbəxt, sağlam keçirəsiniz.

Uca Allahın salamı, rəhmət və bərəkəti həmişə sizinlə olsun. Allahdan başqasına təvəkkül etməsəniz, yalnız Allahdan istəsəniz, heç vaxt Allah sizi darda qoymaz.
Bizi saytımızı ziyarət etdiyinizə görə sizə təşəkkür edirik. Əgər saytımız xoşunuza gəlirsə, onda aşağıda rəy yerində öz arzu və təkliflərinizi qeyd edə bilərsiniz. Həmişə Allah amanında olasınız.

Yeni il bayramını çox çalışırlar ki, bizim mədəniyyətimizdən kənalaşdırsınlar. Amma bu bayramın abu-havası elə gözəldir ki, heç kim ondan imtina edə bilməz. Gəlin bu bayramı gözəl keçirək. İsrafa yol verməyək. Ən əsası, valideynləri, ailə üzvlərimizi, qohumları, imkansızları təbrik edək və nə iləsə onları sevindirək. Allahın haram buyurduqlarını süfrələrimizdən kənar tutaq.

yeni il, şaxta babaYENİ İLİNİZ MÜBARƏK!

1112 dəfə cəmi baxılıb 2 dəfə bu gün baxılıb