GearBest saytı ilə tanışlıq
GearBest.comGearBest saytı əsasən elektron mallar və xırdavatlar, həmçinin kişi modası üzrə ixtisaslaşmış onlayn mağazadır. Baxmayaraq ki, bu ad sizə tanış deyil və dilinizə yatmır, onlayn alışveriş sahəsində artıq çox saytları geridə qoyub. Bu mağaza özü bəyan edir ki, Biz satdığımız malları dünyanın heç harasında bizim qədər ucuz satan yoxdur. Və əgər siz hardasa daha ucuzunu görsəniz, bizimlə əlaqə saxlayın və 48 saat ərzində biz sizin müraciətinizə baxaq və sizə həmin mal üçün endirim edək.
Üstünlükləri:
_ Ən ucuz qiymətlər
_ Dünyanın hər yerinə çatdırma
_ 50 000-dən artıq elektron mal və xırdavatlar
_ Mütəmadi endirim və aksiyaların keçirilməsi
_ 24 saat ərzində məsləhət və yardımın göstərilməsi
Ödəniş qaydası
GearBest saytında VISA, MasterCard, American Express, PayPal və digər ödəmə sistemləri ilə ödəniş etmək imkanınız vardır. PayPal tərəfindən təsdiqlənmiş satıcı olduğuna görə bu ödəniş sistemi vasitəsilə arxayınlıqla mal ala bilərsiniz.
Sayt 128 bitlik SSL şifrələmə mühafizəsindən istifadə edir ki, bu da şəxsi məlumatların və hesabların qorunmasını təmin edir. Həmçinin sayt bütünlükdə Symantecə məxsus Norton antivirusu ilə qorunur.Ödəniş sistemləriÇatdırılma
ÇatdırılmaGearBest mağazası malları dünyanın hər bir ölkəsinə çatdırır. Bu mağazadan artıq hər gün 200-dən artıq ölkəyə mal yola salınır. Ən əsası isə mallar üçün əlavə göndərmə pulu hesablanmır. Yəni mallar pulsuz göndərilir. Ancaq malın pulunu ödəyirsiniz. Bununla yanaşı fürsət də verilir ki, malı sür`ətli poçtla sifariş edə biləsiniz. Bunlar – DHL, EMS və FEDEX xidmətləridir ki, onların isə özlərinə görə xidmət haqqları vardır. Yola salınan hər bir malı rahat izləmək üçün kod təqdim olunur.
Müştərinin haqqları:
ZəmanətƏgər 45 gün ərzində sifariş olunan və yola salınan mal haqqında heç bir məlumat olmasa, malın pulu geri qaytarılır. Burda satılan malların çoxuna 1 illik zəmanət verilir (dəyişmək və ya təmir etmək şərti ilə). Alınan malın qiymətinin az və ya çox olmasından asılı olmayaraq, bütün alıcılara yüksək səviyyəli xidmət göstərilir. Sizin bütün sorğularınızı cavablandırmaq üçün çat və 24 saat telefon xidməti fəaliyyət göstərir.
Qeydiyyat:
50 dollarlıq kuponGearBest saytında qeydiyyatdan keçərkən, hesabınıza 50$-lıq kupon (istifadəsinin öz şərtləri var) və 10 GB xal hədiyyə edilir. Hər alışverişiniz zamanı da hesabınıza xallar əlavə olunur ki, bu xalların vasitəsilə növbəti ödənişiniz üçün endirim etmək imkanınız olur. Odur ki, bu sayt pulunun qədrini bilənlər üçün ə`la bir mağazadır. İnanıram ki, tezliklə bu mağazanın daimi və aktiv müştərilərindən olacaqsınız. GearBest saytı da aktiv alıcıları daim öz kuponları ilə sevindirməkdədir. GearBest və digər saytlarla alışveriş etməkdə çətinlik çəksəniz, bizim sayta və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərsiniz. Sizə uğurlar!

Save

Save

2861 dəfə cəmi baxılıb 2 dəfə bu gün baxılıb