Salam dostlar. Bu dəfə sizə GearBest.com saytından necə sifariş etməyi əyani şəkildə izah etməyə çalışacağıq.
Bu videodərslikdə biləcəksiniz:
► Səbətə əlavə etdiyimiz mallarla qısa tanışlıq
► Malların pulunun ödənilməsi
► Sifariş həyata keçdikdən sonra sifarişin vəziyyəti ilə tanışlıq
► İzləmə nömrəsi (tracking number) ilə bağlamanın harada olduğunun öyrənilməsi
► Bağlamanı aldıqdan sonra açılması və mallarla qısaca tanışlıq (ikinci videoçarxda)
Bağlamanı sifariş etdikdən sonra sayt tərəfindən verilən izləmə nömrəsi (tracking number) ilə bağlamanın harada olduğunu mütəmadi olaraq izləyirdik.
Bağlamanı aldıqdan sonra onu açarkən çəkdiyimiz videokadrı da sizə təqdim edirik:
Bağlamada olan mallar:
►TV box Mini M8S – GearBest/M8S-tv-box
►Əzələ böyüdən masac kəpənəyi – GearBest/massage-butterfly
►Çiyin və onurğa düzəldən bağ – GearBest/posture-corrector
►HDMI to AV çevirici adapter – GearBest/HDMI2AV
Bu da bizim GearBest saytından etdiyimiz bağlamanın əvvəldən axıradək olan macərasının sonu. Hər hansı sualınız olarsa, bizə müraciət edə bilərsiniz.