Salam, əziz izləyicilər. İstifadə etdiyimiz printerlər içərisində Epson printerlərinin də özünəməxsus yeri vardır. Bu firmanın məhsullarını fotoşəkilllərin çapı və eləcə də qrafik təsvirli sənədlərin çapı üçün ideal qurğular hesab etmək olar. Yeni istifadəyə verdiyimiz printer Epson L3150 modelidir ki, həm printeri, həm surətçıxaranı, həm də skaneri özündə cəmləşdirmişdir. Qeyd edim ki, bundan əvvəlki printerimiz Epson PX660 modeli olmuşdur və təmirə ehtiyacı olduğu üçün bir qədər vaxta ehtiyacımız var idi. Buna görə də vaxt itirməmək üçün yeni printer almaq qərarına gəldik.

İstifadəyə verdiyimiz Epson L3150 printerinin işə hazırlanmasını mərhələ-mərhələ sizə videotəlim şəklində təqdim edirik. Eləcə də videonun sonunda ağ-qara və rəngli çap nümunələrini də təqdim edirik ki, printer haqda daha dolğun təqdimat hazırlamış olaq. Videoçəkiliş zamanı işıqlanma zəif olduğu üçün görüntünün və yaxınlıqda təmir işi getdiyi üçün səsin keyfiyyətinin aşağı olmasına görə üzürlü sayın.

Epson firması Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçdiyi üçün bu firmanın məhsullarını mağazalardan nəğd və hissə-hissə ödənişlə almaq çox asandır.

Artıq müasir printerlərin orjinal rəng qablarının xüsusi başlıqları olur ki, rəng doldurulması zamanı shtiyatsızlıqdan səhvə yol vermək olmur. Yəni, rəngləri səhv doldurmaq mümkün olmur. Videoda bu barədə də məlumat vermişik.

Bu printer haqda sualınız olsa, rəy yerində və ya saytın əlaqə bölməsindən müraciət edə bilərsiniz.

176 dəfə cəmi baxılıb 2 dəfə bu gün baxılıb