AliexpressAliExpress (Aliekspres) Çin mallarının ən ucuz qiymətə onlayn satıldığı hipermarketdir. Yə`ni özündə müxtəlif satıcıları və mağazaları birləşdirən bir platformadır. Aliexpress.com səhifəsi özü Alibaba qrupuna aid olan saytlardandır. Aliexpress saytında mallar əsasən 27 kateqoriya üzrə çeşidlənmişdir. Bunlar aşağıdakılardır:

1. Qadın geyimləri və aksesuarlar 15. Toy və məclis
2. Kişi geyimləri və aksesuarlar 16. Məxsusi geyimlər
3. Telefon və telekommunikasiya 17. Avtomobil və motosikl
4. Kompüter və ofis 18. İşıqlar və işıqlandırma
5. Məişət elektronikası 19. Mebel
6. Cəvahirat 20. Sənaye və biznes
7. Mənzil və bağ 21. Elektron ləvazimatlar və hissələr
8. Çanta və boxça 22. Ofis və məktəb ləvazimatları
9. Ayaqqabı 23. Elektrotexniki avadanlıq və ləvazimatlar
10. Ana və körpə 24. Hədiyyə və əl işləri
11. İdman və əyləncə 25. Mənzil təchizatı
12. Sağlamlıq və gözəllik 26. Ərzaq
13. Saatlar 27. Səyahət və istirahət
14. Oyuncaq və məşğuliyyət

KateqoriyalarBu kateqoriyalar da öz növbəsində alt kateqoriyalara bölünürlər. Sayta ingilis, rus, türk və digər dillərdə baxa bilərsiniz. Malların axtarışı:

Aliexpressdə hər hansı bir malı axtarmaq çox asandır. Axtardığınız malın adını axtarış xanasında yazarkən, Aliexpress sizə dərhal açar sözləri təklif edəcək. Həmçinin siz kateqoriyalardan istifadə edərək də lazım olan malları axtara bilərsiniz. Axtarışı daha da asanlaşdırmaq üçün filtrdən istifadə edə bilərsiniz. Axtarışı aşağıdakı şərtlərə uyğun filtrləyə bilərsiniz: pulsuz çatdırma, qiymətə görə sıralama, malın reytinqinə görə sıralama və s. Hər kateqoriyanın özünə görə əlavə filtr şərtləri də vardır. Məsələn Mobil Telefonlar kateqoriyasında axtarış edirsinizsə, telefonun ekran ölçüsü, SIMkart sayı, əməliyyat sistemi, əməli yaddaşı (RAM), prosessoru və s. funksiyalarını təyin edə bilərsiniz.

Ödəniş sistemi: Sifarişin pulunun ödənişini plastik kartlarla (VISA, MasterCard, Maestro), elektron ödəmə sistemləri ilə (Alipay, QIWI Wallet və ya Яндекс.Деньги) həyata keçirə bilərsiniz. Bu ödənişlər sayt tərəfindən 24 saat ərzində qəbul olunur. Məqsəd – kart və ya hesab sahiblərinin hesablarının təhlükəsizliyini təmin etməkdir. Həmçinin ödənişi Webmoney ödəmə sistemi ilə də həyata keçirə bilərsiniz.

Aliexpress saytı irili-xırdalı bütün sifarişlərə nəzarət edir. Alıcıların və eləcə də satıcıların hüquqlarını qoruyur. Sanki alıcı ilə satıcı arasında etibarlı vasitəçi rolunu oynayır. Odur ki, Aliexpress saytında qaydaları bilən alıcı heç vaxt aldanmaz.

Malın çatdırılması:

Malların göndərişini Aliexpress yox, satıcı özü həyata keçirir. Odur ki, satıcı müxtəlif qiymətlər və müxtəlif çatdırılma vaxtı təklif edə bilər. Pulsuz çatdırma (Free Shipping) və özəl çatdırma xidmətlərinin qiymət fərqi olduğu kimi çatdırma müddətində də fərq vardır. Azərbaycana gələn bağlamalar orta hesabla 15-50 gün çəkir.

QarantiyaMalı aldıqdan sonra Aliexpress saytında bu haqda bildirişi təsdiqləyirsiniz. Bundan sonra sifarişiniz tamamlanmış olur. Əgər aldığınız mal saytda göstərildiyi kimi deyilsə və ya hər hansı qüsuru vardırsa, onda bu haqda saytda qeyd edirsiniz və satıcı ilə danışıqlar aparırsınız (malın dəyişdirilməsi, kompensasiya ödənilməsi və s.). Əgər alıcı ilə satıcı razılıq əldə edə bilməsə, Aliexpress məsələyə qarışır. Bu işlər kor-koranə deyil, sifariş və bağlamaya aid dəlillərlə həyata keçirilir. Aliexpress alıcının da, satıcının da hüquqlarını qoruyur.

Aliexpressdən görüntü

9585 dəfə cəmi baxılıb 2 dəfə bu gün baxılıb