Aliexpress

İlk öncə onu qeyd etmək istəyirəm ki, Aliekspress hər hansı bir mağaza yox, bütöv bir bazardır. Yəni burada müxtəlif satıcılar yığışıb və hər biri müxtəlif mallar satırlar. Və bu satıcılar da azad şəkildə mallarına qiymət qoya bilirlər. Ona görə də bu saytda eyni bir mal müxtəlif satıcılar tərəfindən müxtəlif qiymətlərə təklif olunur. Ümumiyyətlə Aliekspressdə malı necə axtarıb tapmaq lazımdır? Bəs ən ucuz malı necə axtarıb tapmaq lazımdır? Gəlin bu iki suala aydınlıq gətirək.

Malların axtarışı:

Aliexpressdə hər hansı bir malı axtarmaq çox asandır: tapmaq istədiyiniz malın adını yazmaqla və ya kateqoriyadan istifadə etməklə.


Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun.

Axtardığınız malın adını axtarış xanasında yazarkən, Aliexpress sizə dərhal açar sözlər təklif edəcək. Bu açar sözlərin içərisində sizə münasib olanı seçə bilər, yaxud da məhz özünüz yazdığınız kimi axtarış edə bilərsiniz. Axtarış xanasının görüntüsü belədir:

Aliexpress axtarış - Samsung Galaxy S6

Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun

Axtarışı daha asan etmək üçün sayt yazdığınız malın hansı kateqoriyada axtarılmasını da təklif edir. Aşağıdakı şəkildə nümunə verilmişdir:

Aliexpress axtarış - USB

Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun

Hətta bir hərf yazmaqla da açar sözləri görmək mümkündür. Həmçinin axtarışı rus sözləri ilə də etmək mümkündür. Aşağıdakı şəkildə nümunə verilmişdir:

Aliexpress axtarış - ч

Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun

Siz həmçinin türk sözləri ilə də axtarış edə bilərsiniz:

Aliexpress axtarış - ayakkabi

Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun

Kateqoriyalardan istifadə edərək də lazım olan malları asanlıqla tapa bilərsiniz.

Aliexpress axtarış - kateqoriya

Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun

Axtarışı daha da asanlaşdırmaq üçün filtrdən istifadə edə bilərsiniz. Axtarışı aşağıdakı şərtlərə uyğun filtrləyə bilərsiniz: pulsuz çatdırma, qiymətə görə sıralama, malın reytinqinə görə sıralama və s. Hər kateqoriyanın özünə görə xüsusi filtr şərtləri də vardır. Məsələn Mobil Telefonlar kateqoriyasında axtarış edirsinizsə, telefonun ekran ölçüsü, SIMkart sayı, əməliyyat sistemi, əməli yaddaşı (RAM), prosessoru və s. funksiyalarını təyin edə bilərsiniz. Axtarış filtrlərinin görüntüsü belədir:

Aliexpress axtarış - Filtrlər

Şəkli daha keyfiyyətli görmək üçün lütfən üzərində vurun

Ən ucuz malın axtarılması:

Hər bir insan mal alarkən, çalışır ki, ucuz qiymətə alsın. Aliexpress saytında malların sayı və çeşidi çox olduğuna görə burda da hamı çalışır ki, axtardığı malı ən ucuz qiymətə alsın. Kateqoriyadan və ya axtarış xanasından sorğu verdikdə, Aliexpress malları ən yaxşı seçim üzrə sıralayır. Bu zaman isə qiymətlər müxtəlif olur.

Aliexpress axtarış - veb kamera

Axtarışın nəticəsini ən ucuz mallar üzrə sıralamaq üçün filtr panelində Цена sözünü vurmalıyıq.

Aliexpress axtarış - veb kamera - qiymətinə görə sıralama

Yuxarıdakı şəkildən də gördüyünüz kimi ən ucuz mallar gəldi. Amma bu malların bəzilərində göndərmə pulu da olur. Bəzən isə göndərmə pulu malın qiymətindən də çox olur (bizim şəkildəki kim). Buna da səbəb təklif olunan malı özəl – təcili poçt xidməti vasitəsilə göndərmələridir. Əgər ancaq pulsuz göndərilən malları görmək istəyiriksə, onda filtr panelində Бесплатная доставка sözünü vurmalıyıq.

Aliexpress axtarış - veb kamera - pulsuz çatıdrma

Beləliklə, ən ucuz və pulsuz göndərilən mallar sıralanacaqdır. Amma Aliexpressdə tapdığımız ən ucuz mal heç də ən yaxşısı deyil. Aliexpressdə gördüyünüz mallar vəziyyətinə görə yeni, işlənmiş, təmir olunmuş halda ola bilərlər. Təzə (işlənməmiş) mal axtarırsınızsa, onda sol qıraqdakı filtr panelindən Новое (Yeni) sözünü seçməlisiniz.

Aliexpress axtarış - malın vəziyyəti

Malın vəziyyətindən əlavə digər səbəblər də vardır ki, onun qiymətinə təsir edir. Əgər axtardığınız mal dəst halındadırsa, bu dəstin içərisində nəyinsə olmaması da onun ucuz satılmasına səbəb ola bilər. Odur ki, mal seçərkən, bu mal haqqındakı məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır. Satıcının təqdim etdiyi şəkillərə də diqqətlə baxın. Əgər mal haqqında sizə qaranlıq qalan nə isə varsa, onda satıcıya mesaj yazıb bunu dəqiqləşdirin.

Aliexpressdə də dələduzlar vardır. Onlar malın qiymətini ucuz təqdim etməklə alıcıları aldatmağa çalışırlar. Aliexpress saytı bu cür “satıcılarla” daim mübarizə aparır. Belə satıcıların qurbanı olmamaq üçün satıcını və malı düzgün təhlil edin.

Hər bir satıcı malı bizə göndərərkən, poçta pul ödəyir. O, malı ucuz satmaqdan ötəri onu bizə ucuz poçtla göndərirsə, onda malın da bizə gəlib çatması çox vaxt apara bilər. Yolda itə və ya əzilə bilər. Odur ki, atalarımızın sözünü unutmayaq “Ucuz ətin şorbası olmaz”. Onlayn alışveriş zamanı bu qəti bir qayda olmasa da unutmaq da olmaz. Bir daha xatırladaq ki, əsas şərt odur ki, sifariş edəcəyiniz malın xüsusiyyətlərini və alıcının reytinqini diqqətlə nəzərdən keçirin. Əgər yenə hər hansı bir çətinliyiniz olsa, bizim sayta və sosial şəbəkə səhifələrimizə müraciət edə bilərsiniz.

Сохранить

Сохранить

17430 dəfə cəmi baxılıb 4 dəfə bu gün baxılıb