“Bir çox geydirmə mallar orjinal məhsullardan keyfiyyətlidirlər”. Bu sözləri Alibaba qrupunun yaradıcısı – milyarder Cek Ma Xancçjouda Alibabanın qərargahında bildirib. Xəbəri Financial Times 14 iyun tarixində yayıb.
Xatırladaq ki, Cek Ma 2016-cı ildə 20,5 milyard dollarla dünya milyarderləri sırasında 33-cü yeri tutmuşdur. Hal hazırda isə onun pulu 23,2 milyard dollara çatıb.
Geydirmə malların satışına vüsət verməsinə görə onun kompaniyasını qınayanlara cavab olaraq belə bildirmişdir: “Problem ondadır ki, saxta məhsullar bu gün keyfiyyətçə qane edicidir. Orijinaldan da yaxşı və ucuz”. Onun sözlərinə görə, bu məhsullar “eyni cür zavodda, enyi cür materialdan hazırlanır, sadəcə brenddən istifadə olunmur”.
Hələ 2015-ci ildə fransanın Gucci və Yves Saint Laurent (YSL) kimi brendlərə sahib olan Kering kompaniyası Alibabanı məhkəməyə vermişdir. Bu ittihamla ki, o, öz platformasında geydirmə malların satışına rəvac verir. Şikayətçi qeyd edirdi ki, Alibaba satıcılara saxta malları satmaq üçün Alibaba.com, AliExpress.com və Taobao platformaları kimi bazar şəraiti yaratmışdır.
2015-ci ilin aprel ayında Alibaba «Zhongguozhizao» («Quality made in China») proqramını işə başlatdı ki, Çin zavodları yerli brendlər inkişaf etdirə bilsinlər və daha qaçaqmal brendlərin ardınca qaçmasınlar. Bu səylərə baxmayaraq, həmin ilin may ayında Çində onlayn bazarın 80%-nə sahib olan Alibaba Piratçılığa qarşı Beynəlxalq Koalisiyanın üzvlüyündən çıxarıldı.