imei phoneMobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri

Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 npmrəli qərarına əsasən, xaricdən gətirilən mobil telefonların qeydiyyatının rüsumu dəyişdirilmişdir. Əvvəllər hər IMEI nömrəsinə görə 5 manat rüsum ödənilirdisə, indi mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir.

Və bu qiymətə uyğun olaraq da telefonlar üçün aşağıdakı qiymətlərdə qeydiyyat rüsumu ödənilməlidir:

Dövlət rüsumunun məbləği:

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat;
bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
bazar qiyməti 101-200 ABŞ dollarına olduqda – 50 manat;
bazar qiyməti 201-400 ABŞ dollarına olduqda –60 manat;
bazar qiyməti 401-700 ABŞ dollarına olduqda –70 manat;
bazar qiyməti 701-1 000 ABŞ dollarına olduqda – 100 manat;
bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda –150 manat.

Qeyd: Bazar qiyməti dedikdə, mobil cihazların dükanlardakı satış qiyməti yox, məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi qiymətlər nəzərdə tutulur ki, bu da beynəlxalq elektron informasiya sisteminə istinad əsasında müəyyən olunur.

Mobil cihazınızın bazar qiymətini telefonun marka və modelinə uyğun burdan dəqiqləşdirə bilərsiniz: Tariflər.

Həmçinin, mobil cihazınızın IMEI nömrəsinin beynəlxalq GSM standartlarına cavab verib-vermədiyini, ağ siyahıda olub-olmamasını, qeydiyyatının mümkün ola biləcəyini bu saytdan öyrənə bilərsiniz: www.imei.az

Telefonunuzun IMEI nömrəsini *#06# düymələrini yığmaqla ekranda görə bilərsiniz.

Eləcə də mobil cihazınızı qeydiyyata salmaq üçün bu saytdan istifadə edə bilərsiniz: Mobil Cihazlaarın Qeydiyyat Sistemi

Bu saytda mobil cihazınızın tipini, IMEI nömrəsini, sənədinizin növünü və nömrəsini, doğum tarixinizi və telefon nömrənizi düzgün şəkildə qeyd etdikdə, sistem avtomatik olaraq, telefonunuzun marka və modelini müəyyən edərək, bazar qiymətinə uyğun rüsum ödənilməsini təklif edir ki, siz də ödənişi həyata keçirməklə, qeydiyyatı tamamlamış olursunuz.

Hər birinizə uğurlar.

802 dəfə cəmi baxılıb 2 dəfə bu gün baxılıb