360 total security antivirusu

Salam, əziz oxucular. Bu yazımızda sizə 360 total security antivirusu barəsində məlumat verməyə çalışmışıq. Proqram təminatı ilə və yaddaşla təmin edilmiş hər bir cihaza virus düşə bilər. Virusdan və zərərli proqramlardan qorunmağın ən yaxşı yolu isə antivirus prqramlarından istifadə etməkdir. Bu proqramlar isə cürbəcür olurlar. Daha yaxşı xidmət göstərmələrindən ötəri onlar istifadəçidən pul tələb edirlər. Büdcəsinə qənaət edən hər bir insan da çalışır ki, belə xərclərdən uzaq olsun. Pulsuz xidmət göstərən antiviruslar isə çox azdır. Ümumiyyətlə, bütün antivirusların pulsuz və ya sınaq versiyaları olur. Eyni bir antivirusun pullu və pulsuz versiyalarında xidmət fərqli olur.

360 total security antivirusu

Bizim təqdim etdiyimiz 360 total security antivirusunun pulsuz versiyası isə virus və zərərli proqramlara qarşı tam gücü ilə mübarizə aparır. Pulun əvəzində isə sizə sutka ərzində cəmi 2-3 dəfə xəbər blokunu reklam edir. Pullu versiyada isə reklam göstərilmir və proqramda kompüter üçün əlavə  (vacib olmayan) daha bir neçə funksiyalar vardır.

Yükləmək üçün rəsmi sayta keçid: 360 Total Security

Sadə, amma güclü

Əgər sizin virusdan müdafiə proqramınız 360 Total Security antivirusudursa, kompüterinizi pulsuz da müdafiə edə bilərsiniz.

Başqalarının pul ilə gördüyü işi 360 Total Security antivirusu pulsuz həyata keçirir. Sizin sisteminiz bütün səviyyələrdə qorunur.

Antivirusun funksiyaları:

  • Əməliyyat sisteminin son yenilənməsini yoxlayır;
  • Sistemin viruslarının yoxlanmasının sürətli icrası;
  • Sistemin viruslarının ətraflı (büsbütün) yoxlanması;
  • Sistemin bərpası;
  • Sistemin lazımsız fayllardan təmizlənməsi;
  • Proqramların təhlükəsiz Sandbox mühitində işə salınması;
  • Sistemlə birlikdə işə düşən proqramların, xidmətlərin və plaginlərin optimallaşdırılması;
  • Cari vaxt ərzində müdafiə;

Öz virus bazasını (həll yollarını) daim yeniləyən 360 Total Security antivirusu müdafiəni ödənişli rəqibləri kimi mükəmməl yerinə yetirir. Odur ki, elə indicə 360 Total Security antivirusunu yükləməklə canınızı vaxtaşırı pul ödəməkdən qurtarmış olursunuz.

Yükləmək üçün rəsmi sayta keçid: 360 Total Security

360 Antivirusunun fəaliyyət tarixinə nəzər salsaq, onun nə qədər güclü olduğunu təxmin edə bilərsiniz. Tək bir ilin statistikasını təqdim edirik: 2014-cü ildə 360 Total Security antivirusu öz istifadəçilərini 52 700 000 000+ zərərli hücumlardan qorumuş, hər gün isə təxminən 157 000 000 -dan artıq təhlükəli hücumun qarşısını alır.

Sənədlərinizin büsbütün müdafiəsi

Real vaxt ərzində monitorinq

Bulud texnologiyası ən yeni çıxan təhlükəli proqramların zərərlərini cari vaxt ərzində aşkara çıxarır.

İntellektual bloklama

Monitorinqin ağıllı icrası ilə istənilən sənəd oğurlanmasının qarşısını alır.

Sənədlərin qorunması

Sənədlər şifrələnməzdən qabaq onların ehtiyyat nüsxəsini çıxarır.

360 Total Security bir çox məhşur brauzerləri dəstəkləyir: Internet Explorer, Mozilla Firefox, Google Chrome, Opera и Яндекс.Браузер. Siz bu brauzerlərlə təhlükə ilə üzləşməkdən qorxmayaraq rahatlıqla saytlara baxa bilərsiniz. Tək sizin əlaqə vasitələriniz, bank kartınız və parollarınız deyil, həm də sistem fayllarınız, reyestr, eləcə də klaviatura və veb kameranız qorunmuş olur.

360 Total Security zərərli proqramların fəaliyyətlərinə anındaca reaksiya verir və kompüterinizi yeni viruslardan qoruyur. Təsəvvür etmək çətindir ki, pulsuz antivirusun müdafiəsi bu səviyyədə olsun.

Əsası 2005-ci ildə qoyulmuş Çin kompaniyası Qihoo 360 özünü internet-təhlükəsizliyi sferasına təqdim etdi. Bu kompaniyaya bir milyarddan artıq stasionar və mobil qurğu istifadəçi etibar edir.

360 Total Security – sınanılmış çoxfunksiyalı, pulsuz antivirusdur ki, kompüterinizin optimal müdafiəsini təmin edir. Onunla tək zərərli proqramlardan müdafiəni yox, həm də kompüterinizin işinin sürətləndirilməsini həyata keçirəcəksiniz. Rahat və anlaşılan interfeysinə görə onunla işləmək çox asandır.

360 Total Security antivirusunu yükləmək üçün rəsmi sayta keçid: 360 Total Security

488 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb

Добавить комментарий