Elements brauzeri

Salam, əziz oxucular. Bu yazımızda sizə Elements brauzeri barəsində məlumat verməyə çalışmışıq. İnternetdən yararlana hər bir kəs müxtəlif brauzerlərdən istifadə edir. Bu brauzerlər çoxlu saydadır. Onlardan hamımızın tanıdığı Google Chrome, Opera, Mozilla Firefox, internet Explorer və başqaları vardır. Bəzi brauzerlər isə çox yayılmadığı və yeni yaradıldığı üçün az adam tanıyır. Bu yazımızda da onlardan biri haqqında məlumat veririk. Bu brauzer sadə, yüngül və sürətli olan – Elementsdir.

Elements brauzerinin üstünlükləri:

İstənilən sayta asan keçid:

Elements brauzeri

Elements Browser ilə sevimli saytlarınız bir addım yaxın olacaq sizə. İşçi ekranda qısayol yarada bilmək funksiyası imkan verir ki, istənilən sayta birbaşa ekrandan keçid edəsiniz. Hətta brauzeri açmadan ikicə klik ilə sevimli və ya çox baxılan saytlara keçid edə bilərsiniz. Bir də brauzeri açıb hansısa saytı axtarış etməyə ehtiyac qalmayacaq. Artıq istənilən sayta birbaşa işçi ekrandan keçid et.

Sosial şəbəkələrdən hər bir halda xəbərdar ol:
Elements Browser ilə heç nə və heç kim mane ola bilməz sizə sosial şəbəkələrdə ünsiyyətinizə. Sosial şəbəkələrdən çıxış etsəniz də brauzer sizin sosial şəbəkə saytarınızla əlaqənizi üzməyəcək ki, siz daim şəbəkələrdən hali olasınız. Bu şəbəkələrə Одноклассники, ВКонтакте və başqaları aiddir.

Yeni tab səhifəsini dizayn et:

Elements brauzerində yeni tab səhifəsinin dizayn edilmə imkanı şərait yaradır ki, onu öz istəyinizə uyğun dizayn edəsiniz. Bütün qovluq və qısayolları, eləcə də yeni tabda hər nə varsa, hamısını istəyinizə görə ardıcıl düzə və yerini dəyişə, silə və əvəz edə bilərsiniz. Ən çox baxdığınız saytları əlfəcinlərdə və qovluqlarda saxlaya bilərsiniz ki, internetdən istifadə zamanı əlavə vaxt itirməyəsiniz.

Yeniliklərdən xəbərdar ol:

Dünyadakı yeniliklərdən xəbərdar olmaqdan ötəri xüsusi blokları da aktiv edə bilərsiniz. Bununla etibarlı xəbər saytlarına da qoşulmaq imkanınız yaranır.

Göz oxşayan fonlar:

Yeni tab səhifəsi gözü yormaması və maraqlı olması üçün onun fonunu dəyişərək şəkillərdən biri ilə əvəz edə bilərsiniz. Və bu şəkillər də daim artırılır ki, hər biriniz zövqünüzə görə olanını seçə biləsiniz.

Gecə rejimi:

Brauzerdə gecə rejminə keçmə funksiyası da vardır ki, günün qaranlıq vaxtlarında istifadə zamanı gözlərinizi qorumaq üçün səhifələrin və kontentin kontrastını azaldır.

Ağıllı axtarış:
Elements Browserin ağıllı axtarışı hesabına siz internetdə axtardığınızı asanlıqla tapa biləcəksiniz. İstər şəkil olsun, istərsə də sayt. Siz axtarış edərkən brauzer sizə açar sözlər də təklif edəcək ki, bunları da sizdən qabaqkı axtarış sorğularına əsasən qruplaşdırır.

Köhnə brauzerinizdəki sazlamaları yeniyə import et:
Elements Browserə keçid o qədər asan və rahatdır ki, iztəyinizə görə köhnə brauzerinizdəki məlumatları – tarixçə, yaddaşa verilmiş parollar, əlfəcinlər – quraşdırılma zamanı asanlıqla yenisinə ötürülə bilər.

Sürətli və təhlükəsiz brauzer:
Elements Browseri ilə öz vaxtınıza qənaət edin. Chromium üzərində qurulan brauzer hətta zəif internetdə belə səhifələrin sürətlə yüklənməsini təmin edir. Bundan əlavə Elements Browserində turbo rejimi də aktiv etmək olur ki, məlumat mübadiləsini maksimal sürətə çatdırmağa imkan verir.

Elements Browseri çalışır ki, istifadəçilərin təhlükəsizliyi təmin olunsun, və onların kompüterləri ziyanverici fayllardan və saytlardan qorunsun. Əgər siz bu cür zərərli saytlara daxil olmağa cəhd etsəniz və ya hansısa təhlükəli proqram təminatını, zərərli faylı yükləməyə çalışsanız, Elements Browseri sizi xəbərdar edəcək və kompüterinizi virusdan qoruyacaq.

554 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb

Добавить комментарий