Aliexpressdən ağac, gül və tərəvəz toxumlarıSalam, dostlar. Yaz fəsli yaxınlaşdığı üçün biz də toxum tədarükünü görmək qərarına gəldik. Bunun üçün biz Aliexpressdə çox axtarışlardan sonra öz seçimlərimizi etdik. Aliexpressdən toxum sifariş etməyin üstünlükləri olduğu kimi riski də böyükdür. Bəzən satıcılar yanlış toxum göndərir, bəzən də yararsız toxum göndərirlər. Odur ki, bir ay yolunu gözlədiyin toxumun bitib hansı bitkiyə çevriləcəyini, yaxud da ümumiyyətlə bitib-bitməyəcəyini qabaqcadan bilmək olmur. Dəfələrlə xoşagəlməz hallarla üzləşməyimizə baxmayaraq, yenə də Aliexpress.com saytı vasitəsi ilə Çindən toxum sifariş vermək qərarına gəldik. Hər necə olsa, burdan aldığımız toxumlardın içərisində bitənlər və məhsul verənlər də olub. Keçək sifarişimizin təfrrüatlarına.

Orjinal paketləri aldığımız satıcı: Hua Xian Zi factory store
Ucuz toxumları aldığımız satıcı: Happy Planting

Yuxarıda təqdim etdiyimiz videoda iki ayrı sifarişimizi açıqlayırıq. Yəni biz iki ayrı satıcıdan müxtəlif sayda toxumlar sifariş vermişik. Buna görə də toxumlar da iki ayrı paketdə gəldi. Aliexpressdə çoxlu axtarışdan sonra orjinal paketdə toxumlar satan bir satıcı və daha ucuz qiymətə toxumlar satan başqa bir satıcı tapdıq və bu satıcıların satdıqları toxumlar içərisində istəyimizə və imkanımıza uyğun seçimlər etdik. Bu satıcının birindən artıq ötən ildə də toxum sifariş etmişdik. Həmin toxumlardan cücərəni də oldu, cücərməyəni də.
Sifarişimizdə dekorativ və meyvə ağaclarının, tərəvəzlərin və çiçəklərin toxumları vardır. Ayrı-ayrılıqda onların adını və linkini sizə təqdim edirik:
►İri meyvəli tut
►Qara rəngli pomidor
►Ağ rəngli badımcan
►Yumru (kürə formalı) badımcan
►Çin xiyarı
►Sarı qarpız
►Qırmızı uzun lobya (qın)
►Qulançar (Asparagus)
►Visteriya (Wisteria) ağacı
►Çikas (Cycas) toxumu

►Dondurma zanbaq (Icecream tulip)
►Rəngli Evkalipt ağacı
►Mavi küknar
►Qəhvə ağacı
►Super böyük (qiqant) qarpız
►Uzunsov pomidor (San Marzano)
►Qırmızı (çəhrayı) kələm
►Qarpız formalı xiyar
►Küsən gül (küsdüm gülü)
►Beqoniya – Koleus çiçəyi

Əgər siz də hər hansı bir bitki növünü əldə etmək istəyirsinizsə, xaricdən sifariş etmək istəyirsinizsə və bu işdə çətinlik çəkirsinizsə, bizə müraciət edə bilərsiniz. Müraciət etmək üçün aşağıda şərh yerinə yaza bilərsiniz.

5833 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb

Добавить комментарий