Tozlu.comSalam, dostlar. Sizə bu yazımızda Türkiyənin məşhur geyim və aksesuar saytlarından biri olan Tozlu.com saytı barədə məlumat veririk. Artıq çoxumuza məlumdur ki, ən yaxşı geyimləri Türkiyə istehsal edir. Odur ki, çoxları çalışır ki, qarderobunda olan geyim və aksesuarların içərisində türk malları üstünlük təşkil etsin. Tozlu.com saytı hər çeşiddə uşaq, böyük, kişi, qadın geyimləri, hicablar, çantalar, ayaqqabılar və digər aksesuarları alıcılara təqdim edir. Biz də bu saytdan mallar sifariş edib məmnun qaldığımız üçün onu sizə təqdim edirik. Daha asan başa düşmənizdən ötəri bu saytda etdiyimiz bir sifarişin video görüntülərini — tarixçəsini sizə təqdim edirik. Digər saytlarda olduğu kimi bu saytda da qeydiyyatdan keçmək çox asandır. Odur ki, vaxtı uzatmamaq üçün biz ancaq sifarişi, ardınca isə malları aldıqdan sonra bağlamanı açarkən çəkdiyimiz videogörüntüləri təqdim edirik:

qapıda ödəməTozlu.com saytının bir çox türk saytlarından üstünlüyü ondadır ki, bu saytdan sifariş etmək üçün heç bir plastik karta və ya bank hesabına (eləcə də digər onlayn pul kisələrinə) ehtiyac yoxdur. Yəni, bu saytda «qapıda ödəmə» variantı var ki, siz bu variantı seçərək sifarişinizi tamamlasanız, onda pulunu malları götürdükdə ödəyəcəksiniz. Özü də nəğd halda.

Videoya baxsanız, özünüz də görəcəksiniz ki, biz plastik kartla ödəniş edərkən, bankımız tərəfindən uğursuzluq olduğu üçün ödənişi tamamlaya bilmədik. Və nəhayət qapıda ödəmə variantını seçdik. Bundan sonra növbəti gün bizimlə Tozlu.com`un nümayəndəsi zəng vuraraq danışdı və sifarişimizin ciddiliyinə əmin olaraq, onu təsdiqlədi. Daha bir neçə gündən sonra isə bizə zəng vuraraq bildirdilər ki, mallarımız artıq Bakı şəhərində — çatdırma firmasındadır. Ünvanı və ödəyəcəyimiz məbləği dedilər və növbəti gün həmin ünvandan malları (bir ədəd paket) götürdük və pulunu da həmin ofisdə ödədik. Aşağıdakı videoda isə paketi açarkən çəkdiyimiz videonu təqdim edirik. Tozlu.com saytından, yəni, Türkiyədən gələn mallara bir-bir, qısaca baxış keçiririk:

Müştəri xidmətləriTozlu.com saytının müştəri xidmətləri hər gün 24 saat (7/24) müştərilərə xidmət göstərir. Malınız sizə gəlib çatana qədər mütəmadi əlaqə saxlayır suallarınızı nəzakətlə cavablandırırlar. Əlaqə saxlamaq üçün siz də hər an +908507665555 nömrəsi ilə (beynəlxalq zəng) danışa bilərsiniz.

Sürətli poçt xidmətiÇatdırma

Malın Türkiyədən gəlib sizə çatması qısa bir zamanda baş verir. Beynəlxalq göndəriş sayılan bağlamanın ölkəyə gəlməsi 5 iş günündən 15 iş gününədək vaxt aparır. Həmçinin malınızı daha qısa müddətdə almaq istəyirsinizsə, onda sürətli poçtla sifariş edə bilərsiniz ki, onun da pulu bir qədər çox edəcəkdir. Ümumiyyətlə Türkiyə mağazaları baha və tez çatdıran poçt firmalarının xidmətindən istifadə edir. Odur ki, qarşınıza elə bir sayt çıxa bilər ki, göndərmə pulu malın pulundan baha edə bilər. Belə poçt xidmətləri də əsasən, hava nəqliyyatından istifadə edir və malları da sığortalayırlar. Həmçinin gömrük baxışına görə rüsum sifarişçinin öhdəsinə düşmür. Yəni, digər bağlamalardan fərqli olaraq, malı poçtdan alarkən, rüsum ödənilmir.

Geri qaytarmaƏgər aldığınız mal xoşunuza gəlməsə və ya ölçüsü uyğun gəlməsə, eləcə də rəngi ürəyinizcə olmasa, narahat olmağına dəyməz. Tozlu.com saytı imkan yaradıb ki, malı geri qaytarıb onu dəyişəsiniz. Belə olduqda, malı geri göndərmə sizin hesabınıza, dəyişdirilməsi isə pulsuz olacaqdır. Geyim və aksesuarların ölçülərinin düzgün təyin edilməsi üçün qabaqcadan saytda yerləşdirilmiş ölçü cədvəlinə diqqət yetirmək lazımdır. Həmçinin, məsləhət üçün onların müştəri xidmətləri ilə də əlaqə saxlaya bilərsiniz.

100% güvənliƏgər siz ödənişi plastik kartla etmək istəyirsinizsə, onda bunu məxfi məlumatlarınız üçün risk hesab etməyin. Tozlu.com saytı öz istifadəçilərinin şəxsi və bank məlumatlarının, elektron poçt və parolların üçüncü şəxslərin əlinə keçməməsi üçün qorunma protokollarından istifadə edir ki, bu da ancaq etibarlı saytlara məxsusdur. Yəni, rahat şəkildə bu sayt vasitəsi ilə plastik kart vasitəsi ilə alışveriş edə bilərsiniz.

Əgər siz də xaricdən, eləcə də Türkiyədən mallar sifariş etmək istəyirsinizsə, sizə bu işdə köməklik etməyə hazırıq. Suallarınız üçün aşağıda rəy yerində və ya facebook səhifəmizdə yaza bilərsiniz: www.fb.com/xaricimallar.

1482 dəfə cəmi baxılıb 4 dəfə bu gün baxılıb