Salam, dostlar. GearBest saytından gözlədiyimiz bağlamanı – 16 GB-lıq yüksəksürətli yaddaş kartını aldıq və onu açarkən çəkdiyimiz videonu sizinlə paylaşırıq. Bağlama çox yaxşı vəziyyətdə gəlmişdi. Bu kart MIXZA firmasına məxsusdur və onun digər kartlardan üstünlüyü – yüksək sürətlə yazıb-oxuya bilməsindədir. Bu da imkan verir ki, onu action (sport) kameralarda istifadə edə biləsiniz. Daha dəqiq, bu kartdan 4K formatlı videoların çəkilişində istifadə edə bilərsiniz. Yüksək keyfityyətli videoların çəkilişi zamanı heç bir donma və tutulma baş vermir.
Bu kartın qiymətinə gəldikdə isə çox münasib qiymətədir. Və bu firma, eləcə də Gearbest.com saytı da mütəmadi olaraq, bu kartlara endirim kompaniyaları keçirməkdədirlər. Biz də bu kompaniyalardan yararlanaraq, sifarişimizi etdik və ümidvarıq ki, siz də belə fürsətdən yararalanacaqsınız. Bu cür yüksək sürətli kartlardan almaq üçün burdan keçid edə bilərsiniz: micro SD card – Gearbest.com
Əgər sifarişləriniz zamanı hər hansı bir çətinlik çəksəniz, bizə müraciət edə bilərsiniz.