Salam, dostlar. Ünvanlı sifariş o deməkdir ki, biz malı başqa ünvana – yə`ni sizin ünvana sifariş edirik. Əgər siz özünüz sifariş etməkdə çətinlik çəkirsinizsə, onda sifarişi biz həyata keçiririk. Amma sizin adınıza. Bircə qalır bağlama gəldikdə, gedib onu poçtdan götürmək.
Əgər hər hansı bir saytda xoşunuza gələn mal görmüsünüzsə və onu sifariş etmək istəyirsinizsə və bu işdə çətinlik çəkirsinizsə, bizə müraciət edə bilərsiniz. Malın seçimi sizdən, sifarişi bizdən. Bu iş aşağıdakı ardıcıllıqla həyata keçir:
- Siz internetdə – alışveriş saytlarında malı seçirsiniz.
- Ünvanınızı, adınızı, soyadınızı və telefon nömrənizi bizə yazırsınız (poçt indeksini də bilsəniz yaxşı olar)
- Biz də öz növbəmizdə bankdakı hesab nömrəmizi və şəxsiyyət vəsiqəmizin nömrəsini sizə yazırıq.
- Siz MillÖn və ya eManat terminalı ilə pulu bizim hesabımıza köçürürsünüz.
- Biz sifarişi edirik və sifariş zamanı kompüter ekranından çəkilmiş videogörüntünü sizə təqdim edirik ki, sifarişin edilməsinə əmin olasınız.
- Bağlama gəldikdə, poçtdan sizə xəbər olunur (çox vaxt zənglə) və siz gedib bağlamanı alırsınız.
Bu xidmətimizdən istifadə edənlərin sayı daim artmaqdadır. Nümunə üçün onlardan birini sizə təqdim edirik:
Əlavə qeydlər:
Malın seçimi öz üzərinizə düşür. Məsələn: geyimin ölçüsünü və sair. Biz yalnız mal və satıcı barəsində fikir bildirə və məsləhət verə bilərik. Mal seçimi zamanı onu da bilməlisiniz ki, beynəlxalq və ölkəmizin poçt daşınmaları hqada qanuna və digər qaydalara zidd olan mallar sifariş edilmir.- Xidmət haqqı olaraq sizdən əlavə pul istəmirik. Bizə ödəyəcəyiniz məbləğ – yalnız malın saytda gördüyünüz qiymətidir.
Bizə qalan – hər alışverişə görə saytların bizə verdiyi bonus xallardır. Amma istəsəniz, malın qiymətindən artıq pul köçürə bilərsiniz. - Malın göndərildiyi ölkədən və göndərmə üsulundan asılı olaraq, bağlama 15-35 gün ərzində gəlib çatır. Bəzi saytlar və satıcılar daha sür`ətli (4-6 günə) – özəl poçt xidmətindən də istifadə edirlər ki, bunlara FEDEX, DHL, UPS, TNT-ni misal çəkmək olar. Bu xidmətlərlə göndərmə pulu bəzən malın qiymətindən də baha olur.
- Əgər bağlama saytda göstərilən vaxt ərzində (maksimum 45-60 günə) gəlib çıxmadıqda və ya xəsarətli halda, xarab, sınmış halda gəldikdə, yaxud da başqa model və ya ölçü gəldikdə, sayt qarşısında vəsatət qaldırırıq, sayt araşdırır və qeyd olunanlardan hansısa aşkarlanarsa, ödənilən pul tam və ya qismən (zərərdən asılı olaraq) qaytarılır.
Sifariş zamanı sizin telefon nömrəniz də qeyd olunur ki, satıcı malı yollayarkən, bağlamanın üzərində həmin nömrəni qeyd edə bilsin. Beləliklə bağlama sizin poçta gəlib çatdıqda, üzərindəki nömrəyə əsasən, poçt işçiləri sizə zəng vurur. Yeni xidmətlərə əsasən, mobil nömrənizə SMS xəbərdarlıq daxil olmalıdır.- Bağlamanı poçtdan götürməyə getdikdə, özünüzlə şəxsiyyət vəsiqəsi götürməyi unutmayın. Poçtda sizdən bağlamanın növündən asılı olaraq 1,40 manat və ya 2,00 manat gömrük baxışına görə rüsum alınacaq. Poçtdan alınacaq rüsum barədə daha dəqiq məlumat əldə etmək üçün bizim digər məqaləmizi oxuya bilərsiniz: Poçta nə qədər pul verək?
Bizimlə facebook səhifələrimiz vasitəsilə əlaqə saxlaya bilərsiniz:
fb/XariciMallar
fb/BeynAlver
fb/Aliexpress.Azerbaijan
Bizə daha xoş olar ki, siz sifarişi sərbəst olaraq özünüz edə biləsiniz. Bu işdə də sizə bacardığımız köməkliyi göstərməyə hazırıq. Uğurlar!