Salam, əziz dostlar. Bu dəfəki bağlamamız www.tinydeal.com saytındandır. TinyDeal saytı dünyanın hər yerinə onlayn mallar satan alışveriş saytlarındandır.
Bu sifarişimizdə aşağıdakı mallar vardır:

  1. Qədim saray üslubunda qadın bilərziyi – öz saytlarında baxın
  2. Yaşıl rəngli qadın qol saatı – öz saytlarında baxın
  3. Sadə qadın üzüyü – çiçək qaşlı – öz saytlarında baxın
  4. Sadə kişi üzüyü – titandan – öz saytlarında baxın

TinyDeal - bilərzik, saat, üzüklər

İndi isə mallara ayrılıqda baxaq. Bilərzik – qədim saray şahzadələrinin cəvahiratlarını xatırladır. Bağı yaylı olduğuna görə istənilən qola vurmaq rahatdır. Firuzəyi rəngli qaşları isə onu daha da əzəmətli edir.

TinyDeal - bilərzikBu saatın bağı da, çərçivəsi də yaşıl rəngdədir. Bağı çox yumşaqdır. Sferblat ağ fon üzərində rəngarəng rəqəmlərdən ibarətdir. Rəqəmlərin müxtəlif rəngdə və müxtəlif ölçüdə olması, saatın isə yaşıl rəngdə olması insan rəsmiyyətdən səmimiyyətə aparır. Əsl bayram, karnaval və şənlik dəbinin saatıdır.

TinyDeal - yaşıl saatÖlçüsü dəyişə bilən qadın üzüyü. Bu üzüyün həlqəsi birləşmədiyinə görə istənilən barmağa taxmaq mümkündür. Yəni diametrini asanlıqla böyüdüb-kiçiltmək olur. Qaşı isə çiçəyi əks etdirir: qara rəngli parıltılı ləçəklərdən və ortasında isə bir ədəd ağ qaşdan ibarətdir. Qaş və ləçəklər ayrı-ayrılıqda qızılı rəngli metalla haşiyələnib. Üzük çox sadə və göz oxşayandır. Qiyməti isə çox ucuzdur. Biz aldığımız vaxt heç $1 da deyildi.

TinyDeal - qadın üzüyü

Kişi üzüyü isə titandandır. Bu, paslanmayan bir metal növüdür. Çox parıltılı olması onu cəlbedici edir. Çox sadə bir üzük olsa da, maraqlıdır. Əsl təmtəraqdan qaçan kişilərin malıdır.

TinyDeal - titan üzükBağlamanın və malların videogörüntüsünə baxaraq, özünüz hər çeyin canlı şahidi ola bilərsiniz:

TinyDeal saytından eksklüziv bir mal – saat telefon. Hal-hazırda bu mala 25% endirim mövcuddur.

2420 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb

Добавить комментарий