İzləmə nömrəsi (tracking number). Bağlamanı necə izləyək?

Aşağıdakı xanaya izləmə kodunu yazın və OK düyməsini vurun.







İzləmə nömrəsi (tracking number)

Salam, dostlar. Bu məqaləmizdə sizə izləmə nömrəsi (tracking number) barədə məlumat verəcəyik. Adından da göründüyü kimi bu nömrə vasitəsilə bağlamaların və zərflərin (beynəlxalq və ölkədaxili) harada olduğunu izləmək olur. Bağlama və yaxud zərf yola salındıqda poçt xidməti göstərən firma tərəfindən bağlamanın (və ya zərfin) üzərinə rəqəmlərdən və hərflərdən ibarət kod yapışdırılır.

Bağlama hər bir poçt və gömrük məntəqəsindən keçdikdə, eləcə də nəqliyyat vasitəsinə təhvil verildikdə, həmin kod skaner edilərək, sistemə (saytlara) ötürülür ki, bağlamanın olduğu yeri internetlə öyrənmək olsun.

Beləliklə, əgər biz xaricdən mal sifariş etmişiksə və satıcı malıyola saldıqdan sonra bizə izləmə nömrəsi (tracking number) veribsə (yazaraq), onda biz mütəmadi olaraq, bağlamanın harada olduğunu izləyə bilərik.

Əgər bizdə izləmə kodu varsa, onu www.azems.az saytına daxil olaraq, müvafiq xanada yazmaqla, izləyə bilərik.

İzləmə nömrəsi (tracking number). Bağlamanı necə izləyək?İzləmə nömrələri müxtəlif olur. Çox vaxt onlar 13 simvoldan ibarət olur və əvvəlki və son iki simvol hərflərdən ibarət olur. Bu hərflər göndərişin növünü və poçt xidməti göstərən firmanı (ölkəni) bildirir. Məsələn: RN000333290AZ. Sondakı AZ Azərbaycan poçtunu bildirir.

Əvvəlki iki hərf poçt göndərişinin tipini bildirir:

  • RA-RZ — qeydiyyatlı göndəriş (zərf, banderol, kiçik paket (çəkisi 2 kq-adək olan), M kisəsi);
  • LA-LZ — qeydiyyatsız göndəriş;
  • VA-VZ — qiyməti bəyan olunmuş zərflər;
  • CA-CZ — çəkisi 2 kq-dan yuxarı olan beynəlxalq bağlamalar;
  • EA-EZ — ekspress göndəriş (EMS);
  • UA-UZ — qeydiyyatsız və izlənəbilməyən, ancaq gömrük prosedurlarından keçməli olan göndəriş.

İzləmə kodunu hər bir onlayn mağaza və ya satıcı verirmi?

Xeyr. Bəzi saytlar şərt kəsir ki, ya müəyyən məbləğdən artıq (məsələn: 30 dollardan yuxarı) alışveriş edin, yaxud da izləmə koduna görə əlavə 1-2$ ödəyin. Bunu da ona görə istəyirlər ki, onlar bağlamanı yol salarkən, poçtda onlardan izləmə nömrəsinə görə artıq pul alırlar.

İzləmə nömrəsi həm də sığorta rolunu oynayır. Məsələn: əgər mal gəlib çıxmadıqda, yaxud səhvən başqa ünvana getdikdə, malın pulunu geri qaytarmaq üçün dəlil olaraq, izləmə kodundan istifadə olunur.

Müştəri hüquqlarının qorunmasına böyük önəm verən www.aliexpress.com saytı da buna görə bütün satıcılarla şərt kəsib ki, hər bir sifarişə görə izləmə kodu təqdim etsinlər.

Bəzən elə olur ki, azems.az saytında izləmə koduna aid heç bir məlumat tapılmır. Belə olduqda digər əcnəbi saytlar vasitəsi ilə də axtarış etmək olar. Ən dəqiq nəticə üçün malın yola salındığı poçt firmasının özünün rəsmi saytından axtarış edə bilərsiniz. Aşağıda tanınmış poçt firmalarının saytlarını təqdim edirik:

İzləmə kodu Ölkə və veb sayt
RN ######### AZ Azərbaycan Poçtu
RH ######### TR Türkiyə poçtu
RS ######### CN Çin poçtu
RC ######### HK Honq-konq poçtu
RS ######### NL Niderland poçtu

Alıcı bağlamanı aldıqdan sonra sistemə bu barədə də məlumat düşür. Hətta bəzən alıcının soyadı və adı da qeyd olunur.

www.azems.az-resultsMal gömrükdən geri qaytarıldığı təqdirdə, bu da sistemdə öz əksini tapır. Kəsəsi, bağlama ilə bağlı bütün informasiyalar izləmə kodu ilə üzə çıxır. Sorğular zamanı heç bir nəticə üzə çıxmırsa, deməli ya bağlama yolda itib (və ya ilişib qalıb), yaxud da satıcı aldatmağa çalışır. Əgər satıcı tərəfindən zəmanət verilən vaxt bitirsə, amma mal gəlib çıxmayıbsa və izləmə kodu da nəticə vermirsə, onda saytdan şikayət etmək (disput açmaq) vaxtıdır.

Odur ki, çalışın sifarişlərinizin hər birində izləmə kodu olsun. Əgər izləmə kodu ilə bağlı hər hansı sualınız olsa, bizə müraciət edə bilərsiniz. Uğurlar!

72180 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb

Добавить комментарий