Allahın salamı olsun sizlərə. Bu məqalə vasitəsilə sizə sərfəli olan bir saytdan yazmaq istəyirəm. Bu sayt www.hesab.az saytıdır. Bir halda ki, biz mütəmadi olaraq, kommunal ödənişlər edirik, mobil nömrələrimizə pul köçürürük, onda köçürdüyümüz bu puldan niyə qazanc əldə etməyək?
Müasir zamanda bir yerə pul köçürürsənsə, bu işdə vasitəçi olana da ondan pay verilir. Ümumiyyətlə ticarətin qaydası belədir: Sən mənə müştəri gətir, mən də sənə “hörmət” edim. Məsələn işıq pulunu, qaz, su pulunu və sairxərclərimizi biz poçtdan, bankdan, ödəniş terminalından da edə bilərik. Amma bu halda köçürdüyümüz pula görə qazanan onlar olacaq. Hesab.az saytı vasitəsilə ödəniş etdikdə isə qazanan özünüz olacaqsınız. Yə`ni sizin hesabınıza xallar toplanacaqdır ki, bu xalları sonradan istifadə edərək, danışıq dəqiqələri, digər ödənişlər üçün endirim kuponları və maraqlı hədiyyələr əldə edə bilərsiniz. Yə`ni sizin ödədiyiniz hər bir qəpiyə görə hesabınıza xal əlavə olunacaqdır.
Odur ki, sizi də bu fürsətdən yararlanmağa dəvət edirəm. Bir ay ərzində işıq pulu, qaz pulu, su pulu, internet, kabel televiziyası, mobil operatorlar, banklara olan kreditləriniz və sair xərclər üst-üstə böyük miqdarda pul edir. Bu pulların ödənişi zamanı da çoxlu miqdarda xallar toplana bilər. Bəlkə bu xalların istifadəsi zamanı əldə olunan xeyir bəzilərinə kiçik görünər, amma hər halda heç qazanmamaqdansa, az da olsa qazanmaq yaxşıdır. Yaxud da başqası qazanmaqdansa, özünüz qazanın. Bu üsulla qohumlarınızın və tanışlarınızın kommunal və sair ödənişlərini də etsəniz, xallarınız daha da çoxalar.
www.hesab.az saytı mütəmadi olaraq bonuslar və hədiyyələr, eləcə də lotereyalar təşkil edir.
Hər bir ödəniş zamanı sizə qəbz təqdim olunur ki, bunları çap edib götürə bilərsiniz. Həmçinin bu qəbzlər ödəniş tarixçəsində saxlanılır ki, istədiyiniz vaxt baxa və çap edə biləsiniz.
www.hesab.az saytı etdiyiniz əməliyyatların məxfilik və təhlükəsizliyinə tam zəmanət verir. Plastik kartınızın məlumatları sayt tərəfindən qorunur. Üstəlik bir dəfə plastik kartınızı qeydiyyata salsanız, hər dəfə bu məlumatları yazmalı olmayacaqsınız.
Mobil telefon vasitəsilə hətta balansınızda pul olmadığı və internetə qoşula bilmədiyiniz halda da ödənişlər etmək və ya mobil hesabınıza pul köçürmək imkanınız var. Bu imkan hələlik qeydiyyatlı istifadəçilər üçündür. Saytın xidmətlərindən daha rahat istifadə edə bilmək üçün telefonunuza və ya planşetinizə mobil proqramı da yükləyə bilərsiniz.
www.hesab.az saytı artıq 100-dən çox ödəniş xidmətini həyata keçirir. Bunlardan tez-tez istifadə olunanlarını misal çəkmək istərdim:
| Ödənişin təyinatı | Ödəniş olunan qurum |
| Mobil operatorlar | Azercell Bakcell Nar Fonex NAXTEL 4G |
| Kommunal xidmətlər | Azəriqaz, Azəriqaz Smart, Azərişıq, Azəristiliktəchizat, Azərsu, Azərsu Smart |
| Stasionar telefonlar | Az Telekom-BTRİB, Az Euro Tel, Catel, TranEuroCam, Ultel |
| İnternet | AiləNet, Alfanet ADSL, Alfanet Optik, Avirtel, AZDATAKOM, Azeronline, AZ-EVRO TEL, AzFiberNet, AzGoldNet, Azstarnet, Aztelekom.net, Bakinternet, CityNet, Connect ADSL, Connect Fiber Optik, DataPlus, Enginet, EUROSEL, Global Networks, izone, KATV1 Internet, Mega Telecom, Metronet, Nar Home, Pilot, SKYMAX, Smart Online, Super Online, TelecomInvest, Teleport, TransEuroCom Internet, Ultel ADSL, Uninet |
| TV – televiziya | Ailə TV, Alfanet TV, ATV+, B&B TV, Connect TV, KATV1, Nar Home, RA TV, Rahat TV, Amart TV Plus, Ultel IPTV |
| Təhsil haqqı | TQDK (DİM), ADA Universiteti, Mentiq.az |
| Bank | Bank Respublika, Nikoil Bank, AGBank, ASB, AtaBank, Bank of Baku, Bank Standard, DəmirBank, EmbaFinans, Expressbank, Muğanbank, Rabitəbank, Səba Kredit, TuranBank, Unibank, VTB Bank, Yapı Kredi Bank Azərbaycan, Kapital Bank |
| Biletlər – Park Cinema | Metro Park, Park Bulvar, Flame Towers, Zaqulba |
Sizə bu işdə uğurlar arzu edirəm.



