Xədicə Parfüm

Xədicə Parfüm

XƏDİCƏ PARFUM

«Ətir ədəb kimidir. Özümüz üçün istifadə edirik, amma başqaları ondan ləzzət alır.»

Xədicə Parfüm dükanıOrta əsrlər abu-havasını (xidmət, musiqi, dizayn və qoxu) yaşamaq istəyənlər Şamaxı şəhərində yerləşən Xədicə ətir və ədava dükanına təşrif gətirə bilər.

Ünvan: Şamaxı Şəhəri, “Xədicə parfum”. Mərkəzi univermağın yanı. Peşəkar satıcı – Hüseyn sizin xidmətinizdədir. Telefon: 0553302161

“XP” — Xədicə Parfum dükanı ad günləriniz və digər əlamətdar günləriniz üçün sifarişlər qəbul edir. Yaxınlarınıza, qohumlarınıza, əzizlərinizə, sevgilinizə xüsusi ətirlər hədiyyə vermək istəsəniz, 3 gün əvvəldən bizə müraciət edə bilərsiniz. Ölkənin bütün yerlərindən sifariş qəbul olunur və çatdırılır. Qablaşdırılma zövqünüzə görə istənilən rəng, ölçü və görünüşdə ola bilər.Hədiyyə ətir

Xədicə Parfüm mağazasının üstünlükləri:

Xədicə ətir dükanı öz daimi müştərilərinə xüsusi endirim kartları təqdim edir ki, alışveriş zamanı endirimlərdən yararlana və hədiyyələr əldə edə biləsiniz. Alış-veriş kartı əldə edənlər 5 ətir aldıqdan sonra 6-cı istədiyi ətiri hədiyyə ala bilər.

«Xədicə parfum» Müqəddəs Ramazan ayında və Qurban bayramında 10% endirimlə müştərilərinin xidmətindədir. Tələbələrə endirim il boyu şamildir. Şəhid ailələrinə pulsuz xidmət göstərməkdən qürur duyuruq.

Ətir mədəniyyətiƏtir – bir mədəniyyətdir. Xədicə Parfüm sizlər üçün ətirlərin sirrlərini açıqlayır:

►Ətir kimlər üçün həyat tərzinin bir hissəsidir… Kimlər üçün isə xatirə, tarix… Yəni, hansısa məlumatın ötürülməsi… Məlumat verməyən, danışmayan ətir, sadəcə, qoxudan başqa bir şey deyildir…
►Ətirdən hələ eramızdan əvvəl Qədim Misirlilər istifadə etməyə başlayırlar, amma orta əsrlərdə fransızlar parfümü bir sahəyə çevirə bilirlər. Məşhur ətiryyatçı Edmond Rudaçki deyirdi: ətir sevməyən qadın yoxdur, sadəcə bəziləri onu tapa bilməyiblər. Bəs ətiri necə seçməliyik?

Ətrirlərin seçilməsi:

Ətir seçimi

  1. Yaxşı olar ki, ətir günün birinci yarısı, səhər çağı seçilsin. Belə ki, günün ikinci yarısından sonra iy resoptorları fəal olmur.
  2. Bazar və yeraltı keçidlərdən ətir almaq məsləhət deyil.
  3. Ətir aldığınız yerlər balaca dükanlar olsa yaxşıdır.
  4. Qadınlar xüsusi günlərdə ətir seçməsinlər. Belə ki, bu günlərdə iybilmə resoptorları istənilən səviyyədə fəal olmur.
  5. Bir dəfəyə 3-4 ətirdən artıq seçmək düzgün deyil.
  6. Hər ətirin arasında qəhvə dənələri saxlanılan qabdan dərin nəfəs almaq lazımdır.
  7. Ətir seçməkdən əvvəl dezodarant, tərə qarşı qoruyucu vasitə və s. istifadə olunmamalıdır.
  8. Vaxtaşırı ətirinizi dəyişin ki, eyni ətir sizi yormasın.
  9. Fəsilə və məkana uyğun ətir seçin.
  10. Tərli bədənə ətir vurmaqla zövqünüzü korlamayın.

Ətirlərin xüsusiyyətləri:

  1. Ətrin xüsusiyyətləriHər ətirin öz xüsusiyyəti var. Bəzi ətirlər dəridə iyini dəyişir. Amma, yun, panbıq və kətan parçalarda daha da açılır. Buna görə də ilk qoxuya aldanmaq olmaz.
  2. Soyuq fəsillərdə tünd qoxulu ətirlər dəriyə vurulsa yaxşı olar. Beləki bədənin hərarəti onların açılmasına səbəb olur.
  3. Gül qoxusu verən ətirlər bəzilərində allergiya yarada bilər. Buna görə də xüsusən yaz fəslində belə ətirlərdən çəkinmək yaxşı olar.
  4. Allergiyası olmayan şəxslərə isə bu cür ətirlər müsbət təsirlər də edə bilər. Məsələn qızıl gül insanı daha fəal edir, nərgiz gülü isə insanda xoş əhval ruhiyə yaradır və s.
  5. Bəzi ətirlər ehram kimidirlər — son qoxunu ən son mərhələdə verirlər. Bu ətirlər əsl eniqmadır.
  6. Ətir damarlar dəriyə yaxın yerlərə vurulduqda öz xüsusiyyətini daha gözəl bildirir. Bunun üçün ətir əksər hallarda biləyə vurulur.
  7. Keyfiyyətli ətirlər öz xüsusiyyətlərini nəm dəridə daha yaxşı büruzə verir. Bunun üçün də bahalı ətir şirkətləri məhsullarının qutusuna nəmləndirici maddələr də qoyurlar.
  8. Əgər spirt və etil yağı dərinizi qurudursa ətiri 20-25 sm-dən havaya buraxın və sonra qoxu buludunda dayanın ki, üzərinizə hopsun.
  9. Ətir görünməyən məlumat və silahdır. Onunla ehtiyatla davranmaq lazımdır!
  10. Yaxınınıza ətir hədiyyə etməkdən əvvəl onun zövqünü öyrənin. Hamını öz zövqünüzə məhkum etməyin.

Fransız ətirləriKlassik fransız ətirlərinin üç mərhələsi var.
1 — başlanğıc not
2 — qəlb notu
3 — yekun not…
Ətir yaşayır… dəyişilir… və zaman keçdikcə açılır…

Ən ucuz və ən güclü «Narkotik» bizdə…

«Xədicə parfum» müştərilərinə ƏN sərfəli qiymətə ƏN yadda qalımlı ətri təklif edir. Bizim «Narkotik» ilə siz haldan-hala düşəcəksiz…

Eləcə də «Xədicə parfum» öz müştərilərinə müəmmalı ətir təqdim edir… Qiymət keyfiyət qədərdir…Müəmmalı ətir
Xədicə - ətirlərHəmçinin “Xədicə parfum” müştərilərinə 30 adda yeni ətir kolleksiyası təklif edir. İsveçrə və Fransanın ən məşhur ətirləri artıq əlinizin altındadır… Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

Amouge Epic Men

Ajmal Anbar woman

Nassomatto Black Afgano

Xerjoff Mefisto 

Alexandre j Black Musk

Porshe Design Sport

Armani Prive Rise D Arabie

Eniqma

Və insanın unutduğu bir çox şeyləri yada salan digər ətirlər…

Ətrin sirriUnutmayın:

Hər bir ətir nəyisə xatırladır. Xatırladırsa demək ki, nəyinsə tarixidir. Əgər nəyinsə tarixidirsə, demək ki, nəyinsə yaddaşıdır. Yaddaş isə daşlaşmağa və yadlaşmağa imkan verməyən, yadetmə mexanizmidir ki, buna da Quran təbiri ilə zikr deyilir. Zikr isə həm insanın Allahı yad etməsinə deyilir, həm də Allahın insanı. Bu mənada ətirlənmək həm də zikr etməkdir.

Sizin “Xədicə parfum”

 

ƏtirСлово «парфюмерия» происходит от латинского fumus – «дым». Дело в том, что первой парфюмерией были благовония, которые или втирали в кожу, или сжигали, чтобы пропитаться их ароматом. Самый древний флакон духов был обнаружен во время раскопок на острове Крит. Ему больше 4 тысяч лет. Первые европейские духи предназначались не для тела, а для кожаных изделий: перчаток, ремней, сапог и т.д. С их помощью отбивали неприятный запах свежевыделанной кожи.

Save

Save

Save

Save

Save

Save

Save

1876 dəfə cəmi baxılıb 1 dəfə bu gün baxılıb